Siyasət 00:28 08.04.2013

Prezident Klaus Şvabı qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabı qəbul edib.

Qaynar.info xəbər verir ki, görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəmi qeyd olunub.

Azərbaycandakı sürətli iqtisadi inkişaf barədə danışılan görüşdə Dünya İqtisadi Forumunun Bakıda uğurla keçiriləcəyinə əminlik ifadə olunub.

Bu tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyi də vurğulanıb.