Dünya 09:15 13.02.2019

Prezident ölkənin adını dəyişdirir - Maharlika

Filippin prezidenti Rodriqo Duterte ölkəsinin adını dəyişdirmək istəyir.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, dövlət başçısı İspaniya koloniyası olduğu zaman kral II Felipenin dının verildiyi ölkəsinin bir gün adının dəyişdirilərək "Maharlika" qoyulacağını bildirib.

Prezidentin mətbuat katibi Salvador Panelo yerli mediaya açıqlasında Rodriqo Dutertenin ölkənin adının dəyişdiriləcəyini dilə gitirdiyini bildirib.

"Konsitutsiyada Konqresin ölkənin adını dəyişdirə biləcək və daha sonra bunu referendumla xalqın seçiminə təqdim edəcək bir qanun layihəsi qəbul etmək hüququ var" deyə prezident sözcüsü bildirib.

Qeyd edək ki, Filippin Sakit okeanın qərbində yerləşən cənub-şərqi Asiya ölkəsidir. Filippin adı İspaniya kralı II Felipenin (1527-1598) şərəinə virilib. İspan səyyah Ruy Lopes de Villalobos 1542-ci ildəki səfəri zamanı Leyte və Samar adalarını Filippin adlandırıb. Ölkənin adı bir neçə dəfə dəyişdirilib və II Dünya müharibəsindən indiyədək Filippin adlanır.

Rodriqo Dutertenin dövlətə vermək istədiyi Maharlika isə ölkənin Malay kimliyini göstərməyi hədəfləyir. Bu ideyanı ilk dəfə keçmiş prezident Ferdinand Markos gündəmə gətirib.