Sənət 18:09 17.09.2019

Prezident fəxri adlar verdi, təqaüd ayırdı (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə Babayev Mobil Rəşid oğlu və Qasımova Ruhəngiz Nağı qızını "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Dadaşov Ağa Dadaş Hacı Bala oğlu və Əfəndiyeva İmruz Məmməd Sadıx qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb.

Dövlət başçısı başqa bir sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxsləri "Tərəqqi” medalı ilə təltif edib: 

Dadaşova Natalya Konstantinovna
Hüseynova Sevda Əli qızı
Məmmədov Nüsrət Cəfər oğlu
Məmmədova Aliyə Tariyel qızı
Zahid Azad Vasif oğlu
 
Prezident mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq artisti”
Allahverdiyev Vasif Kərim oğlu
Fərəcov Sərdar Fərəculla oğlu

"Əməkdar incəsənət xadimi”
Xalıqzadə Fəttah Xalıq oğlu
Rəcəbov Oqtay Məmmədağa oğlu

"Əməkdar artist”
Butenko İqor Leonidoviç
Pyatkin Nikolay Aleksandroviç

"Əməkdar müəllim”
Göyçayskaya Səidə Oqtay qızı
Hüseynova Rüxsarə Hüseyn qızı
Yaqubova Nazilə Mir Teymur qızı