Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
	
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:
	
Komissiyanın həmsədri
	
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
	
Komissiyanın üzvləri
	
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
	
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
	
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
	
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
 
	
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
	
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
	
Azərbaycan Respublikası təhsil nazirinin müavini
	
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
	
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
	
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini
	
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
	
Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini
	
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
	
Qeyd edək ki, Birgə Komissiyanın yeni həmsədri Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.
             
            
Şərhlər