Ölkə 18:00 29.08.2018

Prezident Müşahidə Şurasının tərkibini təsdiqlədi (SİYAHI)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2018-ci il 13 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Gənclər Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada təsdiq edilib: 

Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Vəliyev Seymur Aydın oğlu - "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri
Ağabəyli Murad Asif oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini