Dünya 19:30 12.11.2013

Prezident nəvəsi: "8 yaşımda təcavüzə uğradım"

Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın nəvəsi Zoleka Mandela uşaq yaşında təcavüzə məruz qalıb.

Ailem.az məlumatına görə, bu, Zoleka Mandelanın xatirələrinin toplandığı "Ümid fısıldarkən" kitabında yer alıb. Zoleka Mandela bu kitabda "8 yaşımdan 14 yaşıma qədər mənə baxmalı olan adamların cinsi təcavüzünə məruz qaldım", - yazır. Lakin bu adamların kimliyini açıqlamayıb.

Nelson Mandela illərlə həbsxanada yatdığı üçün Zolekanın anası Zindzi Mandela atasız böyüyüb. Zolekanın nənəsi Vinnie Mandela da tez-tez həbsxanaya baş çəkirmiş. Zoleka uzun illər başına gələn bu acınacaqlı hadisədə anasını günahkar bilib. Lakin indi özünün yaşadığı bu şəraitdə yaxşı analıq etmədiyini anladığını deyib.

Zoleka ilk sevgilisinə 9 yaşında ikən sahib olduğunu, daha sonra narkotik aludəçisinə çevrildiyini qeyd edib. Zolekanın həddən çox kokain çəkmiş vəziyyətdə özünü öldürməyə cəhd etməsindən bir həftə sonra qızı Zenani dünyaya gəlib. Onun böyük qızı Zenani Dünya Kuboku konsertindən qayıdarkən avtomobil qəzasında ölüb. Zoleka bu acı xəbəri xəstəxanada yataqda olarkən alıb.            

Qaynar.info