Siyasət 23:06 10.07.2013

Prezident Nicat Dağların mualicəsi ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyev səhhətində ciddi problemlər yaşayan tanınmış jurnalist Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri öz üzərinə götürüb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı jurnalistin səhhəti ilə bağlı məlumatlandırıldıqdan dərhal sonra jurnalistin müalicəsinə lazım olan bütün vəsaitlərin ödənilməsi və müalicəsinin həyata keçirilməsi üçün göstəriş verib.
Artıq aidiyyətli şəxslər Mətbuat Şurasının sədri Əflatun Amaşova da bu barədə məlumat veriblər. Sabah jurnalist müalicə olunduğu qonşu Gürcüstandan Bakıya gətiriləcək, buradan isə müalicəsi üçün lazım olan ölkəyə göndəriləcək.