Ölkə 18:22 07.08.2018

Prezident Ordubadla bağlı sərəncam imzaladı: 13,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq, Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 13,5 milyon (on üç milyon beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.