Dünya 16:31 06.11.2019

Prezident: “Pulumuz olmadığı üçün S-400 almayacağıq...”

"S-400 raketdən müdafiə sistemləri gördüyüm qədəriylə çox ciddi bir sistemdir. Əgər belə bir silahınız varsa, heç kim sizə hücum edə bilməz. Ancaq pulumuz olmadığı üçün onları satın almağı planlaşdırmırıq. Biz yeni avtomobil yolları çəkir və bir sıra başqa layihələrə sərmayə qoyuruq”.

Qaynarinfo xəbər verir ki, bu sözləri RTS kanalına müsahibə verərkən Serbiya Prezidenti Aleksandar Vuciç deyib.
Aleksandar Vuciç raketdən müdafiə sistemlərini Pantsir və ABŞ silahları siyahısında olmayan başqa sistemlərlə gücləndirəcəklərini bildirib.

Qeyd edək ki, Vuciç bir qədər əvvəl "Slav Qalxanı 2019" ortaq Rus-Serb hərbi təlimlərinə qatılıb və S-400 sistemləriylə tanış olub.