Ölkə 18:12 15.02.2018

Prezident Qasım Əliyev və Ramiz Rzayevi sədr təyin etdi (FOTO)

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Qasım Vəli oğlu Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edib.

Qeyd edək ki, Q.Əliyev 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi. 
 
 
Prezidentin başqa bir sərəncamı ilə Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.