Ölkə 17:35 23.10.2019

Prezident Ramiz Mehdiyevlə bağlı daha bir sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.