Ölkə 18:06 11.05.2018

Prezident rektoru işdən çıxartdı - Yeni təyinat

Prezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, przident başqa bir sərəncamla Fərəh Əliyevanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edib.