Dünya 16:01 02.09.2013

Prezident şagirdlər üçün şəkil çəkdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin yeni dərs ilinin başlanması münasibətilə orta məktəblərdən birini ziyarət edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, təmirdən sonra istifadəyə verilən sinif otaqları ilə tanış olan dövlət başçısı ilə şagirdlər arasında maraqlı anlar yaşanıb. Putin informatika kabinetində şagirdlərin istifadəsinə verilən yeni elektron lövhədə şəkil çəkməyi də unutmayıb. Şagirdlərin lövhədə nə çəkdiyi ilə bağlı sualına isə gülərək prezident “pişiyin arxa plandan görünüşü” cavabını verib.

Qaynar.info