Siyasət 16:23 23.10.2019

Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə "Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin".