Dünya 12:16 03.05.2013

Prezident USAİD-i ölkədən qovdu

Boliviya prezidenti Evo Morales ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAİD) ölkədən qovub. 

Qaynar.info-nun məlumatına görə, bu səbəb ABŞ dövlət katibi Con Kerrinin Latın Amerikası ölkələrini Vaşinqtonun "arxa bağçası" adlandırması olub. 

Morales bu qərarını 1 May Zəhmətkeşlər Günü ilə bağlı keçirilən mitinqdə səsləndirib. O, bildirib ki, Boliviyada işləyən amerikalılar ölkənin daxili işlərinə qarışırlar. 

ABŞ isə Moralesin bu ittihamlarını rədd edərək, onun bu addımından dərin təəssüf hissi keçirdiyini bildirib. 

Qeyd edək ki, Boliviyada fəaliyyət göstədiyi 50 il ərzində USAİD təhsil, səhiyyə və digər sahələrə 2 milyard dollardan çox yardım göstərmişdi. 

Qaynar.info