Siyasət 11:25 05.08.2013

Prezident vida məktubu yazdı

Mahmud Əhmədinejad İran prezidenti vəzifəsinin icrasının başa çatması ilə əlaqədar 76 ölkənin liderinə vida məktubu yazıb.

APA-nın məlumatına görə, məktublar Azərbaycan, Türkiyə, Suriya, İraq, Rusiya, Yaponiya, Braziliya, Venesuela, Hindistan, Kuba, Koreya Xalq Demokratik Respublikası, Qətər, Cənub Afrika Respublikası və digər dövlətlərin prezident və ya baş nazirlərinə göndərilib.

Roma Papasına da məktub göndərən M. Əhmədinejad Misir liderləri ilə vidalaşmayıb. Məktublarda İranın həmin ölkələrlə dostluq və qardaşlıq əlaqələrinə toxunulub: “İran prezidenti olaraq 8 illik fəaliyyətimin sonunda İran hökuməti və xalqının hökumətiniz və xalqınızla dostluq və qardaşlıq əlaqələri içərisində olduğunu vurğulamaq istəyirəm”.

Məktublarda həmçinin həmin ölkələrin hökumət və xalqları yaxşı əlaqələr və əməkdaşlığın inkişaf etdirilməsi üçün İrana verdikləri əhəmiyyətə görə təqdir edilib: “Bu mövzuda ola biləcək hər hansı bir laqeydlikdən ötəri üzr istəyirəm”.

Qaynar.info