Foto 16:42 06.04.2018

Prezident xanımı və qızı ilə sərgidə (FOTOLAR)

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində "AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Qaynarinfo AzərTac-a istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.