Ekonomiks 19:14 21.08.2013

Prezident yenə də maaşları artırdı

Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

“APA-Economics”in məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Qaynar.info