Ekonomiks 18:13 14.08.2018

Prezident yol tikintisinə 4.7 milyon manat ayırdı

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.