Dünya 15:31 12.08.2018

Prezidentdən ağır ittiham: Maduronu kim öldürmək istəyib?

Venesualanın prezidenti Nikolas Maduro ona qarşı törədilmiş sui-qəsddə Kolumbiyanın sabiq prezidentini Xuan Manuel Santosun da əli olduğunu iddia edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Maduro sifarişçinin Manuel Santos, əmri icra edən şəxsin isə müxalifət lideri Xulio Borxes olduğunu bildirib.

Lakin X.Borxes sui-qəsd cəhdinin qurama olduğunu və bunun müxalifləri sıxışdırmaq məqsədi ilə Maduronun özü tərəfindən təşkil olunduğunu deyib.

Xatırladaq ki, Maduronun 5 avqustda paytaxt Karakasda çıxışı zamanı bomba yüklü dron partlamış, özü xəsarət almasa da, cangüdənləri yaralanmışdı.

Qeyd edək ki, Kolumbiyanın eks-prezidenti X.M.Santos 2016-cı ildə ölkədəki yarım əsrlik vətəndaş müharibəsini bitirmək üçün gördüyü işlərə görə, Nobel Sülh Mükafatına layiq görülüb.