Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Qaynarinfo-nun məlumatına görə, ölkə başçısı müşavirədə "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəzaya görə sərt şəkildə tənqid edib.

"Siz sadəcə olaraq xalq qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz”. 

Prezident baş nazirin müavini Yaqub Eyyubova məsələnin ciddi şəkildə araşdırılmasını, qəzanın səbəbləri barədə ona məruzə edilməsini tapşırıb.