Dünya 22:47 10.09.2013

Prezidentə sui-qəsd hazırlamaqda ittiham olunan şəxs cəzalandırıldı

Rusiya məhkəməsi prezident Vladimir Putinə sui-qəsd hazırlamaqda ittiham olunan Qazaxıstan vətəndaşı İlya Pyanzinə hökm oxuyub. 

APA-nın məlumatına görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə İlya Pyanzin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, keçən ilin fevralında Rusiya və Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində indiki prezident, o vaxtkı baş nazir Vladimir Putinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdiriblər. İstintaqın versiyasına görə, 3 nəfərdən ibarət ekstremist qrupun üzvləri – Çeçenistan sakinləri Adam Osmayev və Ruslan Madaev, Qazaxıstan sakini İlya Pyanzin V. Putin və Ramzan Kadırovu qətlə yetirmək üçün bomba hazırlayıblar. Planı geçəkləşdirmək isə 2012-ci il martın 4-də keçiriləcək prezident seçkilərindən sonraya nəzərdə tutulub. R. Madaev Odessada yaşadığı evdə bombanı hazırlayarkən baş verən partlayış nəticəsində ölüb.

Qaynar.info