Dünya 10:26 05.08.2013

Prezidentin mətbuat xidmətinin rəhbəri həbs edildi

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin mətbuat xidmətinin katibi Rifaa Rafi ət-Tahtavi və onun müavini Əsəd əş-Şeyha hakimiyyətə müqavimət göstərmək ittihamı ilə 15 gün həbsdə qalacaq. 

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir qərarı Misir baş prokurorluğu baş verib. Rifaa Rafi ət-Tahtavi hazırda Məhəmməd Mursilə eyni yerdə saxlanılır. 

Qeyd edək ki, hakim qurumlar bu günə kimi devrilən prezident Məhəmməd Mursin harada saxlanıldığı barədə cəmiyyətə heç bir məlumat vermir.

Qaynar.info