Dünya 12:15 20.08.2013

Prezidentin nəvəsinin toyu olacaq

Avqustun sonu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi 23 yaşlı Aysultan Nazarbayevin toyu olacaq.

Anspress xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, toy mərasimi Qazaxıstanın Alma-Ata şəhərinin yaxınlığında yerləşən “Royal Tulip Otelinin” “Grand Ballroom” salonunda keçiriləcək. 

İngiltərədə “Sandhurst” Hərbi Akademiyasında təhsil alan Nursultan Nazarbayevin nəvəsi Aysultan məzun olduqdan sonra ona leytenant hərbi rütbəsi verilib. Hazırda Aysultan Qazaxıstan Müdafiə Nazirliyi hərbi kəşfiyyat idarəsində xidmət edir.

Qaynar.info