Siyasət 12:44 05.02.2018

Prezidentin seçki ilə bağlı sərəncamından sonra MSK-da təcili iclas

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sədrliyi ilə aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar qapalı iclas başlayıb.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, iclasda MSK sədrinin müavini Natiq Məmmədov, MSK Katibliyinin müdiri Rövzət Qasımov, MSK-nın katib və üzvləri iştirak edirlər.