Dünya 10:30 27.07.2013

Prezidentin şərəfinə keçiriləcək mərasim ləğv edildi

İran prezidenti Mahmud Əhmədinejadın 8 illik fəaliyyəti dövründə ölkəyə xidmətlərindən dolayı şərəfinə iyulun 26-da keçirilməsi planlaşdırılan mərasim ləğv edilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, tədbir Nazirlər Kabinetinin üzvləri, valilər və təşkilat rəhbərləri tərəfindən təşkil ediləcəkdi.

Ancaq M. Əhmədinejad mərasimə çəkiləcək vəsaitin xeyir işlərinə və ehtiyacı olan insanlara xərclənməsini məqsədəuyğun sayaraq tədbirin ləğv edilməsinə nail olub.

Qaynar.info