Dünya 01:05 25.05.2013

Prezidentin sözünü kəsdilər - VİDEO

"ABŞ hər şeydən əvvəl, "Əl-Qaidə" və onunla əlaqəli olan qruplaşmaların zərərsizləşdirilməsi işini tamamlamalıdır". 

Bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda Milli Müdafiə Universitetində təhlükəsizlik və terrorla mübarizə ilə bağlı çıxışında deyib. ABŞ prezidenti ölkəsinin terrorizmlə mübarizəsinin əsas istiqamətləri barədə danışarkən kiçik insident yaşanıb. "Euronews"un məlumatına görə, "Kod pink" adlı təşkilatın fəalı olan bir qadın ABŞ prezidentinin çıxışına müdaxilə edərək, Quantanamo hərbi həbsxanasının dərhal bağlanmasına çağırıb. Etiraz edən qadın zaldan çıxarıldıqda Barak Obama bildirib ki, bu həbsxana bütün dünyada qanunun aliliyi prinsipinin pozulmasının simvoluna çevrilib və o, həbsxananı bağlamağa qəti qərarlıdır. ABŞ prezidenti Müdafiə Nazirliyinə ABŞ-da terrorizmdə şübhəli bilinənlər üçün hərbi tribunalın keçirilməsi üçün yer müəyyənləşdirməyi tapşırıb və ABŞ Konqressini məhbusların başqa ölkələrə ekstradisiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. 

Obamanın çıxışı zamanı universitetin yaxınlığında da Quantanamo həbsxanasının bağlanması tələbi ilə aksiya keçirilib.

Qeyd edək ki, dünya ictimayyətində Quantanamo həbsxanası insan haqqlarının pozulması, dustaqlara qarşı sərt münasibətlərlə narazılığa səbəb olub. Quantanamo həbxanası fəaliyyyətinə 2002 ci il yanvarda Əfqanıstandan Taliblərin tərəfində vuruşmaqda ittiham edilən 20 dustağın gətirilməsindən sonra başlayır. 

Hüquq mudafiəçiləri Quantanamodakı məhbuslara işgəncə verildiyi barədə dəfələrlə ictimaiyyətə sənədlər açıqlayıb. Hesabatlarda, məhbuslar dindirilərkən, əlləri və qolları zəncirləndiyi və bir çox işgəncələrə məruz qaldığı bildirilirdi.

2012 ci ildə Quantanamoda 11 sentyabr 2001 ci ildə Nyu Yorkda terror aktların törədilməsində ittiham olunan Xalid Şeyx Məhəmməd üzərində məhkəmə işinə başlanılır və ona qarşı rəsmi iitihamlar irəli sürürlür. 

Barak Obama 2009 cu il ikinci dəfə prezident seçkilərində qalib gəldikdən sonra Quantanamo həbsxanasının bağlanması haqqında əmri imazalanmışdı. Amma buna baxmayaraq, Obamanın qərarı yerinə yetirilməmişdi.(anspress.com)