Siyasət 18:14 14.06.2013

Prezidentlər Qarabağ bəyanatı imzalayacaq

“Yüz faiz əminliklə deyə bilərəm ki, Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər”. 

APA-nın məlumatına görə, bu bəyanatla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri G-8 sammiti çərçivəsində üç sənəd imzalamağı planlaşdırır. Bundan başqa Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat imzalayacaqlar. 

Qaynar.info