Siyasət 14:39 12.08.2018

Prezidentlər Xəzərin hüquqi statusuna dair Konvensiya imzaladı

Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Qaynarifo xəbər verir ki, V Xəzər sammitinin yekununda sənədə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Həsən Ruhani və Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov imza atıb.

Qeyd edək ki, sənəd üzərində iş 1996-cı ildən aparılıb. Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.