Siyasət 17:42 03.03.2018

Prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri (ADLAR)

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən 15 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Prezident seçkilərinə namizədliyi irəli sürülən 1 nəfərin isə namizədliyi qeydə alınıb. 

Bu, Yeni Azərbaycan Partiyasının namizədi, ölkə başçısı İlham Əliyevdir.

Modern.az-ın məlumatına görə, prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən və namizədliyi qeydə alınan şəxslərin səlahiyyətli nümayəndələrini aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi qeydə alınan Azərbaycan prezidenti İlham Əliyevin səlahiyyətli nümayəndələri:

Əli Cavad oğlu Əhmədov – Yeni Azərbaycan Partiyası sədrinin müavini – İcra katibi;
Mübariz Qəhrəman oğlu Qurbanlı – Yeni Azərbaycan Partiyası İcra katibinin müavini;
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:  Siyavuş Dünyamalı oğlu Novruzov – Yeni Azərbaycan Partiyası icra katibinin müavini.
 
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Milli Məclisin deputatı Zahid Orucun səlahiyyətli nümayəndəsi - İlqar Arif oğlu Kərimov.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndələri:

Elçin Əbdürrəhim oğlu Mirzəbəyli;
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə - İlqar Əlixan oğlu Məmmədxanov.

Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Milli Məclisin deputatı Araz Əlizadənin səlahiyyətli nümayəndələri:

Sevda Xanhüseyn qızı Əliyeva;
Arzu Xanhüseyn qızı Əliyeva;
Mətanət Nurəddin qızı Əliyeva;
Xanhüseyn Gülhüseyn oğlu Əliyev;
Təhməz İzzət oğlu Məmmədov;
Yaşar Sərdar oğlu Əsədov;
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə - Rauf Rafiq oğlu Babayev. 

Azərbaycan Liberal Demokrat Partiyasından prezidentliyə namizədliyi irəli sürülən Fuad Əliyevin səlahiyyətli nümayəndələri: 

Fizuli Şamil oğlu Kərimov;
İbrahim Kərim oğlu Kərimov;
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə: Mayisə Səfxan qızı Cəfərova. 

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Anar Umudovun səlahiyyətli nümayəndələri:

Fərhad Çingiz oğlu Dadaşov;
Cavad Əli oğlu Mustafazadə. 

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının  səlahiyyətli nümayəndəsi -  Şamil Zahir oğlu Beydullayev. 

Azərbaycan Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Sərdar Məmmədovun səlahiyyətli nümayəndələri:

Taliyət Məhəmməd oğlu Əliyev;
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə - Daşqın Ağarza oğlu Nuriyev. 

Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Əliyevin səlahiyyətli nümayəndələri: 

Əliyar Əliş oğlu Şirməmmədov;
Ramil Qələmirzə oğlu Hüseynov;
Ələddin Fəxrəddin oğlu Verdiyev;
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə - Məmmədəli Məmmədhənifə oğlu İsmayılov.

Müasir Müsavat Partiyası tərəfindən tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Hafiz Hacıyevin səlahiyyətli nümayəndələri:

Könül Vaqif qızı İsmayılova;
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə - Əli Şəmistan oğlu İmanov. 

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Elşən Həsənovun  səlahiyyətli nümayəndəsi - Telman Baba oğlu Nurullayev;

"Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Razi Nurullayevin səlahiyyətli nümayəndələri:

Rafiq Niyazi oğlu Daşdəmirov;
Mehriban İbrahim qızı Sadıqova.