Foto 10:49 18.05.2018

Prezindet YAP-ın yeni binasının açılışında (FOTOLAR)

Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

Qaynarinfo xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

İlham Əliyev YAP-ın qurucusu Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlət başçısına məlumat verib.