Ekonomiks 16:30 11.05.2015

Problemli kreditlər 1 aya 7%-ə yaxın artıb

2015-ci ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 213,3 milyon manat olub. 

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 42,1% çoxdur. Təkcə martda isə problemli kreditlərin məbləği 6,6% artıb. Kəskin artım Azərbaycanda milli valyutanın kəskin ucuzlaşdırılması, dollarla götürülmüş kreditlərin ödənilməsində problemlərin yaranması ilə bağlıdır. 

Son 1 ayda problemli kreditlərin ümumi kredit portfelində payı isə 5,5%-dən 5,9%-a qalxıb. Bu göstərici ötən ilin eyni dövründə 5,4% olub. 

Qaynar.info