Ölkə 23:11 07.12.2017

Professor-müəllimlər işə dəvət olunur

Təhsil Nazirliyinin SABAH qruplarında 2017 - 2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak üçün son müraciət tarixi 17 dekabrdır.

Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, Fəlsəfə doktoru və Elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu 2 fənn üçün müraciət edə bilər.