Ölkə 17:25 12.10.2019

Prokuror Baş Prokurorluqda yüksək vəzifəyə təyin edildi

Gəncə şəhər prokuroru Fazil Həsənəliyev vəzifəsindən azad olunub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, F.Həsənəliyev Baş Prokurorluqda yüksək vəzifəyə təyinat alıb.

Belə ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilib.