Ölkə 19:16 23.01.2018

Gözəl Bayramlıya hökm oxundu (YENİLƏNİB)

Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.
  
***

Dövlət ittihamçısı AXCP sədrinin müavini Gözəl Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlın cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
Qaynarinfo Bizimyol.info-ya istinadən xəbər verir ki, prosesdə çıxış edən prokuror G.Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilib.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edib.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.