Ekonomiks 10:32 27.02.2018

PRONET Prospect ERP "Veysəloğlu" şirkətlər qrupu ilə əməkdaşlıq imzaladı

Azərbaycanın İT və proqram təminatı bazarında 15 illik uğurlu fəaliyyəti ilə ciddi mövqeyə sahib PRONET Prospect ERP şirkəti ölkənin ən iri holdinqlərindən biri olan Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq barədə saziş imzalayıb.

Veysəloğlu Şirkətlər Qrupu geniş ticarət şəbəkəsi olub yüksək səviyyəli xidməti ilə seçilən müasir holdinqlərdən biridir. Şirkətlər Qrupuna Veysəloğlu MMC, Ulduz şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, OBA mağazalar şəbəkəsi, Entree kafeləri və s.  kimi şirkətlər daxildir. 
 
Bir müddət əvvəl  orta sahibkarlıq subyektləri üçün yaradılan İnsan Resurslarının səmərəli idarəedilməsi həlli olan ProİD öz imkanlarını genişləndirərək istənilən şirkətin işçi heyətini, davamiyyət, ezamiyyət, məzuniyyət, əməkhaqqı və digər bu kimi proseslərin səmərəli idarəedilməsi ilə bu gün istənilən müəssisə və ya şirkətin, holdinq və korporasiyaların diqqət mərkəzindədir ki, artıq onların sırasına Veysəloğlu Şirkətlər Qrupu da daxil oldu. 

Veysəloğlu Şirkətlər Qrupunda İnsan Resurslarının idarə olunmasının əməkhaqqı, davamiyyət, işə qəbul, daxili sənədlərin idarə olunması, təlim və KPİ prosesləri  üzrə  avtomatlaşdırma işləri aparılacaq.