Video 15:25 09.12.2017

Prospect ERP-dən möhtəşəm layihə!

15 il ərzində Azərbaycanın İT və proqram təminatı bazarında dövlət orqanları, bank, sığorta, tibb, təhsil və digər müxtəlif sektorlarda öz həllərini tətbiq etməklə yetərincə ciddi mövqeyə sahib olan və rəğbət qazanan PRONET -  Prospect ERP şirkəti bu dəfə də innovativ bir yeniliklə qarşınıza çıxır.

1 ay ərzində sosial şəbəkələrdə auditoriyanın marağını cəlb edən sirli "Həqiqət və onun problemləri” seriya animasiyalarının açıqlaması bəlli oldu. Şirkətdən verilən məlumata görə, PRONET - Prospect ERP-nin peşəkar komandası artıq bir müddətdir ofis meneceri olan "Həqiqət” obrazında canlanan minlərlə universal işçi, kiçik sahibkarlar və gənc biznesmenlərin yaşadığı problemlərin həlli üzərində çalışır. 

Bu həll büdcəli, səmərəli, innovativ olmaqla yanaşı, həm də istifadədə olduqca sadədir. Artıq əməkdaşların davamiyyətinin qeydə alınması, xərclərə nəzarət, məvaciblərin, bonus və cərimələrin hesablanması, satış məlumatlarının daxil edilməsi, tapşırıqların bölüşdürülməsi və bir sıra digər işlər bir sistemdə cəmlənib. 

Azərbaycanın İT şirkətləri arasında yeni nəsil sistem işləyib hazırlayan PRONET - Prospect ERP hər yeni paketdə növbəti imkanlar və yeniliklər təqdim edir. Şirkətdən verilən məlumata görə, bu məhsul məhz Azərbaycanda gənc və orta sahibkarlarığın inkişafına yönəlik olaraq hazırlandığından onlara uyğun bütün imkanları özündə cəmləşdirən paketlərin qiymətləri olduqca sərfəlidir.

Məhsul paketləri, istifadəçilər üçün nəzərdə tutulan yeni imkanlar və innovativ məlumatlar haqda məlumatları 24/7 rejimiylə xidmət edəcək prospecterp.com saytından əldə etmək olar. 

Qeyd edək ki, Prospect ERP sisteminin yaradıcıları proqramdan 14 gün pulsuz istifadə etmək imkanı verirlər. Beləliklə, bütün istifadəçilər 14 günlük ödənişsiz istifadə müddəti ərzində sistemdən yararlanaraq, dəyərləndirmək şansı qazanırlar.