İdman 10:36 01.03.2013

Psixopat Prezidentlər...

Prezidentlər futbolçular, məşqçilər və azarkeşlər qədər futbolun ən önəmli parçalarıdı


Bəzi klub rəhbərləri isə hərəkətlərinə, sözlərinə, işlərinə görədigərlərindən fərqlənir. Bu günə qədər müxtəlif hərəkətləri ilə dünyamediasına manşet olan klub prezidentlərini təqdim edirik.

Ken Riçardson (Donkaster, İngiltərə): Stadionu yandırdı

İngiltərə klubunun keçmiş prezidenti Riçardson köhnələn stadionuyeniləmək üçün şeytanın ağlına gəlməyəcək bir plan həyata keçirib. İkikeçmiş əsgəri 10 min dollar verən klub rəhbəri onlara “Belle Vue”stadionunu yandırmağı tapşırıb. Bununla o, sıtorta şirkətindən pul alıb,yeni stadion tikməyi planlayıb.

Lakin Riçardsonun planı qismən baş tutub. Belə ki, yanğın səbəbindənstadiona ziyan dəyib. Amma olayı araşdıran polis və dedektivlər hadisəyerində bir mobil telefon tapıb. Bu stadionu yandıran əsgərlərdən birinəməxsus olub və stadion yandırılan zamanı yerə düşüb. Həbs olunanəsgərlər cinayəti etiraf ediblər və Riçardson 4 il həbsdə yatmalı olub.

Aldo Spinelli (Livorno, İtaliya): Klubu satışa çıxardı…

Komunizmin Avropadakı ürəyi hesab olanan Livorno futbol klubu ilə dəkomunistliyini göstərən bir şəhər olaraq tanınır. Klubun sahibi vəprezidenti Spinelli isə artıq 14 ildə bu kresloda oturur. Kluba önəmliuğurlar qazandırıb. Amma günlərin birində onun komunist damarı tutub vəklubu satışa çıxarıb.

Səbəb olaraq isə azarkeşlərin komandanın oyununa gəlməməsinigöstərib. Fanatlara əsəbiləşən Spinelli klubu satmaq qərarına gəlib. Buzaman “yuxudan oyanan” “Livorno” azarkeşi klubun binasına hücum edib.Klub prezidenti böyük cəsarət nümayiş etdirərək yüzlərlə azarkeşinqarşısına çıxaraq, mətbuatın önündə saatlarla onlarla mübahisə edib.

Maurizio Zamparini (Palermo, İtaliya): O qaraçıya…

2002-ci ildən “Palermo”ya rəhbərlik edən Zamparini çılğın, səbrsiz vəvəhşiliyin təhlükəli bir qarşığı adlandırılır… Onun rumın futbolçuAdrian Mutu ilə aparılan transfer danışıqlarından sonra “O hiyləgərqaraçıya bu qədər pulu əsla vermərəm” sözləri hələ də unudulmayıb.

İtaliya futbolunun ən çılğın prezidenti olan Zamparini sanki paltardəyişirmiş kimi baş məşqçiləri dəyişir. 11 ildə düz 23 baş məşqçiniklubun başına gətirən prezident bir müddət “Palermo”nu çalışdıran DelioRossini qovmasının səbəbini bu cümlələrlə açıqlamışdı: “Arvadımlamünasibəti olduğunu sanmışdım, ona görə qovdum”.

İtaliya futbol tarixinin ən anti-demokratik prezidenti dəadlandırılan Zamparini “A Seriyasında səhv edən hakimlərin hamısını həbsetmək lazımdı” cümləsi ilə məşhurdu. O, həmçinin İngiltərə üçün“Piratlar ölkəsi” ifadəsini də işlədib.

“Palermo”nu diktatura qanunları ilə idarə etməsi barədə ittihamlarlaqarşılaşan Zamparin uğursuz nəticələrdən sonra futbolçuları “Cinsiyyətorqanlarını kəsdirib, yeməkdə sadəcə salat yedirəcəm” sözləri ilə təhdidetməklə nə qədər çılğın bir prezident olduğunu göstərib.

Ratko Butoroviç (Voyvodina, Serbiya): Repçi Məsih

Serbiya klubunun qeyri-adi bir prezidenti var. Hamının alışdığı kimikostyumlu və standard cümlələr işlədən prezidentlərin əksinə repmüsiqiçilərinə bənzəyən Butoroviç bir müsahibəsində özünü xristianlarıngözlədiyi “Məsih” elan etmiş və bununla da hamının zarafat obyektinəçevirilmişdi.

George Reynaldos (Darlinqton, İngiltərə): Qaçaqmalçı, oğru, vergidən yayınan…

Gəncliyində qaçaqmalçılıq və oğurluq üstündə həbs olunan Reynoldsillər sonra böyük vədlərlə “Darlinqton” klubunun prezidenti seçiləbilib. Onun vədləri sırasında 3-cü liqada çıxış edən klubu Premyerşipəçıxmarmaq da olub, tanınmış futbolçulara təkliflər də göndərib. Həminfutbolçulardan biri də “Parma” və

“Nyukasl”dakı çıxışı ilə tanınan Faustino Asrpilladı.

Kolumbiyalı ulduzu komandaya gətirən Reynolds onun zədəli olduğunubiləndən sonra yola salıb. Amma əsas fiaskosunu sonra yaşayıb. Belə ki,klubun 5000 azarkeş tutumu olan stadionunu 25000 nəfərlik edəcəyinisöylədiyi zaman vergidən yayınmaya və çirkli pulları yumağa görə həbsolunub.

Ken Bates (Çelsi və Lids, İngiltərə): Çılğın adam

Sərvəti ilə İngiltərənin ən varlı adamlarından olan “Ken əmi” ləqəbi”ilə tanınan Bates “Çelsi” və “Lids” klublarına başçılıq edib. Simpatikgörüntüsünün əksinə olan çılğın hərəkətləri ilə əfsanələşib.

Jurnalistlərlə dalaşması, qalmaqallı İdarə Heyəti toplantılarındakıdavaları bir yana, onun azarkeşlərlə münasibəti də böyük olay olmuşdu.Belə ki, “Lids”in xüliqanlığı ilə məşhur azarkeşlərinə hirslənən Batesbir gün “Stamford Bric” stadionun ətrafına elektrikli tellər çəkməkqərarına gəlib. Amma onun qərarı İdarə Heyəti tərəfindən rədd olunub.

Lusiano Qaucci (Perucia, İtaliya): Qəddafinin oğlunu futbolçu etdi

Onun rəhbərliyi dövründə futbolçular tez-tez dopinq testlərindəilişib. Qapıçı Angelo Paqottonin oyunlardan əvvəl kokaindən istifadəetdiyi və bir vaxtlar “Perucia” forması geyinən Liviyanın keçmiş lideriMuammer Qəddafinin oğlu Sədi Qəddafinin yüksək dozada dopinq qəbuletdiyi ortaya çıxıb. Bütün bunlara göz yumduğu üçün Qaucci ağırittihamlara məruz qalmışdı.

Qaucci prezidentliyi dönəmində “mavi” olması, sahibi olduğu at üçünqumar təşkil etməsi, bir hakimə rüşvət vermək istəməsi ilə bağlıittihamlarla qarşılaşıb.

Dəfələrlə komandasına bir qadın futbolçu alacağını deyən prezident buarzusunu reallaşdırmaq üçün Almaniya qadın yığmasının hücumçusu BirqitPrinsə təklif göndərmişdi. Birqitin Klinsman kimi qollar vurduğunubildirərək, “Bu səbəbdən onu mütləq komandam üçün alacağam” demişdi.

Qauccinin ən böyük çılğınlığına isə dünya DÇ-2002-də şahidliketmişdi. Dünya çempionatının yarımfinalında Cənubi Koreyaya uduzanİtaliyanın məğlubiyyətinə səbəb olan qolu “Perucia”nın koreyalı oyunçusuAhn Yunq-Hvan vurmuşdu. O, məhz buna görə klub rəhbərinin qəzəbinə tuşgəlib. “İtaliya futbolunu səhv edən birinə maaş ödəmək niyyətim yoxdu”deyən Qaucci futbolçunu komandadan qovmuşdu.

“Perucia” 2005-ci ildə iflasa uğradıqdan sonra Qaucciyə vergidənyayınmaya görə 3 il həbs cəzası verilib. Lakin həbsdə yatmaq istəməyənklub rəhbəri Dominikan Respublikasına qaçaraq 4 il orda izlənib. Dahasonra yaxalanaraq, İtaliya hökumətinə təhvil verilib.

Sam Hamam (Uimbldon və Kardiff, İngiltərə): Çılğın sərsəri

Hamam klub prezidentiliyi dönəmində alışılmamış hərəkətləri iləməşhurlaşmışdı. Azarkeşlər onu çılğın hərəkətlərinə görə “Çılğınsərsəri” adlandırırdı. Onun isə olduqca maraqlı hərəkətləri yaddaşlardaqalıb. Məslən, bir gün komandadan ayrılmaq istəyən Robbi Earleni oyundansonra paltardəyişmə otağına salaraq, qapını kilidləyib.

Hamam komandanın hücumçusu Dean Holdsvorta 20 qol vuracağı halda dəvəhədiyyə edəcəyini vəd edib. Hayvansevərliyi ilə tanınan prezident“Selhurst Park” stadionuna filləri gətirib. Fillərin öldürülməsinədiqqəti çəkmək üçün o, fillərlə bərabər stadiona girib və azarkeşlərdənimza toplayıb.

Aurelio De Laurentiis (Napoli, İtaliya) Futbolçulara şir maskası…

Əsl sənəti rejissorluq olan De Laurentiis etdiyi dramatikhərəkətlərlə adından söz etdirib. Satışa çıxardığı şir maskalarını imzamərasimlərində futbolçulara geyindirən prezident hərəkətləri iləmərasimlərə rəng qatıb.

Zdravko Mamiç (Dinamo, Xorvatiya): Faşist salamı

Xorvat azarkeşlərin çox sevdiyi Mamiç adının qarışdığı qalmaqallaüzündən “Dinamo” camiəsinin nifrətini qazanıb. Komandasınınqələbələrindən sonra faşist salamı verməsi özünə olan sevginin bitməsinəsəbəb olub.

Xorvat prezident matçlardan sonra rəqqas gətirməsi, federasiyarəsmisini şillə-təpiyin altına salması, keçmtş klub rəsmisinə yumruqatması, ayağından şikəst birinin əlini qırması ilə gündəmə gəlib.

Prezidentliyi dönəmində 15 baş məşqçini komandadan qovmaqlaazarkeşlərin etirazına səbəb olan Mamiç mətbuat üçün “Cinsiyyətorqanımın görüntüsünü “Youtube”yə qoysam onu belə xəbər edərlər” deyib.

Fanat.az