İdman 17:02 21.07.2018

PSJ Fransa millisinin üzvünü 110 milyon avroa transfer etdi

PSJ Fransa yığması dünya çempionu olan Nqolo Kanteni transfer edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Məlumata görə, Paris klubu tərəflər 27 yaşlı yarımmüdafiəçi üçün "Çelsi"yə 110 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Kante 2016-cı ildən "Çelsi"də çıxış edir. London klubu onu 2016-cı ildə "Lester"dən 35.8 milyon avroya alıb.