İdman 12:39 28.03.2018

PSJ Neymara elə qiymət qoydu ki...

PSJ rəhbərliyi Neymarın transfer qiymətini müəyyənləşdirib. 

Qaynarinfo xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl Xelaifi braziliyalı ulduzu üün "Real"dan 400 milyon avro tələb edib.

"Kral Klubu" Neymarı yayda heyətinə qatmaq istəyir. PSJ isə "Barselona"dan 222 milyon avroya transfer etdiyi futbolçu üçün 400 milyon avro ödəniləcəyi halda keçidə razılıq verəcəyini açıqlayıb. 

"Real" heyətindəki bəzi ulduzları satmaqla bu transfer üçün maliyyə mənbəyi formalaşdırmaq niyyətindədi. Uzun müddətdi "Çelsi"nin maraq dairəsində olan Marko Asensionu 140, "Mançester Siti"nin istədiyi İskonu 80 milyon avroya satmağı planlaşdıran Madrid klubu UEFA kriteriyalarına uyğun şəkildə Neymarın keçidini reallaşdıracaq.
 
Aydın