İdman 15:58 28.11.2018

PSJ Neymarı 200 milyona satır

PSJ Neymarın gedişinə icazə verib.

Qaynarinfo xəbə verir ki, bu iddia ilə Kataloniyada yayımlanan "La Porteria" TV kanalı çıxış edib.

İddia olunur ki, Neymar PSJ rəhbərliyi ilə danışıqlar masasına əyləşib. Paris klubu onun gedişinə razılıq verib. Tərəflər 200 milyon avroluq razılıq əldə edib. Neymar bu pulu gətirəndən sonra istədiyi kluba keçə biləcək.

Kanalın məlumatına görə, futbolçunun meneceri hazırda Londonda bəzi klublarla danışıqlar aparır. Braziliyalının transferində ən şanslı klubun "Real" olduğu bildirilir. Amma ötən yay onu PSJ-yə 222 milyon avroya satan "Barselona" da hərəkətə keçib. Kataloniyalılar Neymara qarşılıq PSJ-yə Osman Demleni və müəyyən qədər pul təklif edir.

Qeyd edilir ki, PSJ rəhbərliyi Kilian Mbappenin daha uğurlu olacağına inanır. Klub rəhbərliyi həmçinin bu transferdən gələcək 200 milyon avro ilə UEFA-nın "Maliyyə Feyr-Pleyi" cəzasından qurtulmağı planlaşdırır.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!