İdman 10:21 20.06.2019

PSJ Neymarın qiymətini açıqladı

PSJ Neymarın transfer qiymətini açıqlayıb.

Qaynarinfo "Le Parisien” nəşrinə istinadən xəbər verir ki, Paris klubu satmaq qərarına gəldiyi braziliyalıdan 300 minyon avro qazanmaq istəyir. 

Bir müddətdi "Real"ın da maraq dairəsində olan 27 yaşlı hücumçunun hazırda sabiq klubu "Barselona” ilə danışıqlar apardığı deyilir.

Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında "Barselona”dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.