İdman 14:25 20.06.2018

Püşk atıldı: "Qəbələ", "Neftçi" və "Keşlə"nin Avroliqadakı rəqibləri müəyyənləşdi

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. 

Qaynarinfo xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

Topaz Premyer Liqasının gümüş mükafatçısı "Qəbələ”nin bəxtinə Lüksemburqun "Proqres" klubu düşüb. Bürünc medalçı "Neftçi” Macarıstanı təmsil edən "Uypeşt"lə, Azərbaycan kubokunun qalibi "Keşlə" isə "Baltsan"la (Malta) qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi

Baltsan (Malta) - Keşlə (Azərbaycan)
Neftçi (Azərbaycan)- Uypeşt (Macarıstan)
Proqres (Lüksemburq) - Qəbələ (Azərbaycan)