Dünya 17:51 19.12.2013

Putin 4 saat 5 dəqiqə jurnalistlərin suallarını cavablandırdı - FOTO

Mətbuat konfransında 5 jurnalın, 15 televiziyanın, 9 agentliyin, 18 qəzetin, bir radionun və 5 internet portalının əməkdaşları sual verib

Dünya  Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında 52 suala cavab verib. Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 4 saat 5 dəqiqə çəkən mətbuat konfransında sualları 42 Rusiya, 10 xarici dövlətlərin jurnalistləri verib.

52 sualdan 28-i qadın, 24-ü isə kişi jurnalisti tərəfindən verilib. Moskva şəhərində baş tutan mətbuat konfransında 5 jurnalın, 15 televiziyanın, 9 agentliyin, 18 qəzetin, bir radionun və 5 internet portalının əməkdaşları sual verib.

Xatırladaq ki, 3 televiziya ilə yanaşı, “Gazeta.ru” saytı da canlı yayım həyata keçirib.

Qaynar.info