Dünya 09:27 08.01.2019

Putin hərbi rütbəsini açıqladı (VİDEO)

Rusiya prezidenti Vladimir Putin hərbi xidmətdə olan zaman artilleriya diviziyasında xidmət etdiyini bildirib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu haqda Putin Sankt-Peterburqun Petropavlovsk qalasına baş çəkən zaman  bildirib.

Videoyazını "Komsomolski Pravda” qəzetinin xüsusi müxbiri Dmitri Smirnov "Twitter” səhifəsində paylaşıb.

"Mən artilleriyaçı kimi leytenant rütbəsi almışam. Haubitsa artilleriya diviziyasının idarətmə bölüyünün komandiri olmuşam”, - deyə Putin bildirib.