Foto 20:21 15.11.2017

Putin İlqar Məmmədovu mükafatlandırdı (FOTO)

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü, noyabrın 15-də, elm, mədəniyyət, incəsənət, təhsil, idman işçilərini, eləcə də kosmonavtları və təşkilat rəhbərlərini təltif edib.

Oxu.Az-ın Kremlin rəsmi saytına istinadən xəbərinə görə, Rusiya Qılıncoynatma Federasiyasının vitse-prezidenti, Rusiya yığma komandasının baş məşqçisi, ikiqat olimpiya çempionu, azərbaycanlı İlqar Məmmədov "Şöhrət” ordeni ilə təltif edib.

RF prezidenti İlqar Məmmədovun ad günü olduğunu xatırladaraq, onu səmimi qəlbdən təbrik edib.
 




Qaynarinfo.Az