Dünya 19:26 04.11.2013

Putin NATO təlimlərindən narahatdır


Baltik dənizində hərbi təlimlərdə 6 min əsgər, 40 qırıcı-borbardmançı təyyarə iştirak edəcək


NATO II Dünya müharibəsindən bəri Baltik dənizində özünün ən böyük təlimlərinə başlayır. ANS PRESS-in İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, bu təlimlər Rusiya prezidenti Vladimir Putini narahat edir.

“Baltik dənizində hərbi təlimlər 1 həftə zaman aparacaq. Təlimlərdə 6 min əsgər, 40 qırıcı-borbardmançı təyyarə, gəmilər və atom sualtı qayıqları iştirak edəcək. Söhbət müharibədən sonra regionda keçiriləcək ən böyük ümumi təlimlərdən gedir.

“Steadfast Jazz” NATO tərəfindən alyansın hər hansı ölkəsinin ərazisinə daxil olmaq istəyinə cəld reaksiya vermək üçün təşkil edilib. Manevrlərdə Polşa, Estoniya, Litva və Latviya, eyni zamanda NATO-nun bütün dövlətləri və Ukrayna iştirak edəcək. Bu fakt Kremli heç də sevindirə bilməz”,- deyə məqalədə bildrilir.

"Təlimin keçirilmə zamanı təsadüfən seçilməyib: NATO Əfqanıstandan çıxır, Alyans köhnə atlantik strategiyasından imtina edib və bəlkə də mübahisəli qaz kəmərləri olan, rus tanklarının Gürcüstana xoşagəlməz sürprizlər etdiyi, çətin vəziyyətdə olan Ukraynanın yerləşdiyi Avropanın şərq sərhədlərindən yenisini əldə edir. Hamıya bəllidir ki, hipotetik işğalçı Vladimir Putindir və o Kremldə yaşayır”, - deyə müəllif Luicci Ofreddu “Corriere della Sera” qəzetində dərc edilən məqaləsində qeyd edir.


Qaynar.info