Texnologiya 10:23 24.10.2017

Putin: "Nüvə silahından daha təhlükəli silah üzərində çalışırıq"

Rusiya prezidenti Vladimir Putin genetikası dəyişdirilmiş əsgər layihəsi barədə məlumat verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Soçi şəhərində gənclik festivalında çıxış edən Putin ağrı və qorxu hiss etməyən "super əsgər" istehsal etməyə çalışdıqlarını deyərək "İnsan təbiət tərəfindən və ya dini inancı olan insanların yanaşması ilə desək, Tanrı tərəfindən yaradılan genetik kodları dəyişdirmək və yenidən yaratmaq imkanına sahibdir. Bütün nəticələr də bu inkişafın davamında ortaya çıxa bilər. Həm nəzəri, həm də praktiki cəhəndən yeni insan yarada bilərik. Yaradılan insan möhtəşəm musiqi,i, zəkalı riyaziyatçı, qorxu, ehtiras, əzab, peşmanlıq hiss etməyən güclü əsgər ola bilər. Bu insanlar nüvə silahlarından belə daha təhlükəli olacaqlar" fikirlərini əlavə edib.

Prezident həmçinin bildirib ki, elm sürətlə inkişaf edir və bu proseslərin qarşısını almaq, kənarda qalmaq mümkünsüzdür.

Gülşən
Qaynarinfo.Az