Putin

Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif etdi

Rusiyanın "Lokomotiv" (Moskva) klubuna rəhbərlik edən Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub.  

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. Syomin xüsusi xidmətlərə görə ordenə lazyiq görülüb.

Qeyd edək ki, Yuri Syomin 2013/14 mövsümündə "Qəbələ"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Super Kubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR