Video 12:04 14.10.2019

Putin Rusiyanın növbəti prezidentinin kimlərlə dost olacağını açıqladı (VİDEO)

Bu gün Vladimir Putin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfərə başlayır. 

Qaynarinfo xəbər verir ki, o, səfər qabağı üç televiziya kanalına - Al Arabiya, Sky News Arabia və RT Arabik-ə müsahibə verib. 

Həmin müsahibədən bəzi maraqlı fraqmentləri təqdim edirik:

- Donald Trampın "Tvitter”dəki mesajlarına baxarkən, yəqin, Amerika prezidentinin nə dediklərini izləyirsiniz.
- Bağışlayın, mənim özümün heç bir tvitter yoxdur, buna vaxt ayırmıram. Əlbəttə ki, zaman-zaman köməkçilərim hesabat verirlər. ABŞ prezidentinin rəyi həmişə vacibdir, amma mən özüm onları oxumuram.

- Tutaq ki, Donald Tramp yenə də gələn il yenidən seçildi. Sizcə, növbəti prezidentlik dövründə o, daha perspektivli bir prezident olacaqmı və Moskva ilə münasibətlərin həqiqi bir şəkildə qaydasına düşməsi məsələsində daha cəsarətli addım atacaqmı?
- Bağışlayın, siz "Russia Today"də çalışırsınız? Elə sizin kimi insanların üzündən Rusiya seçkiyə müdaxilə etməkdə günahlandırırlar, çünki indicə siz Trampın yenidən seçilməsindən danışdınız. Deyəcəklər: aha, elə bunun özü Rusiyanın seçki kampaniyasına müdaxilə elementidir.

- Ərəb dinləyicilərdən aldığımız ən aktual suallardan biri: artıq bu dövlətin prezidenti olmadığınız zaman Rusiya ilə Ərəb dünyası arasındakı münasibətlər necə dəyişəcək? Xələfiniz, bu məsələni necə həll edəcək? 
- Məsələ Rusiya liderinin adında deyil, milli maraqlarımıza uyğunluqdadır. Rusiyanın milli maraqları Ərəb dünyası ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini diktə edir. Şübhə etmirəm ki, Rusiya ərəb dünyası ilə əlaqələri növbəti illərdə daha da sürətlə inkişaf etdirəcəkdir.

Alpər